Bu yollar bağlanacaq

Bu yollar bağlanacaq
  28 İyun 2013    Oxunub:1019
Bu gündən etibarən paytaxtın əsas mərkəzi prospektlərindən birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq, bu gün gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

V. Əsədov bildirib ki, Bakı yol polisi sürücülərdən tıxacların, sıxlığın yaranmaması üçün Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsindən Tbilisi prospektinə Həsən Əliyev küçəsindən keçməklə hərəkət tam məhdudlaşdırıldığından alternativ yol kimi Ziya Bünyadov prospekti ilə A.Salamzadə küçəsi, 9-cu mikrorayon ərazilərindən keçməklə hərəkət etmələrini xahiş edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti