Özünüzə inamınızı TEST edin

Özünüzə inamınızı TEST edin
  28 İyun 2013    Oxunub:2685
AzVision.az-ın təqdim etdiyi testin suallarına "bəli" ya da "xeyr" şəklində cavablandırın.
1. İş ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə öz qabiliyyətinizdən şübhə edərsinizmi?

2. İşlərin çoxluğu başınızı qarışdırır ya da sizi qorxudurmu?

3. Hal-hazırda şkafınız köhnə paltarlarla doludur?

4. Özünüzə davamlı aynada baxarsınızmı?

5. Gedərkən ya da bir kəsi gözləyərkən qamətiniz dikdirmi?

6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?

7. Təhlükəsizlik xidməti əməkdaşlarından biri və ya polis sizə yaxınlaşdığında ürəyiniz daha sürətlə döyünməyə başlayır ?

8. Restoranda, avtobusda ya küçədə tanımadığınız insanlar arasında sizə kiminsə diqqətlə baxdığını və ya sizə baxaraq istehza ilə güldüyünü hiss edirsinizmi?

9. Tanımadığınız bir ölkəyə bilet qazansanız ya da sizə belə bir bilet verilsə, tək getməkdən çəkinərsinizmi?

10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüzmü?

11. Çox vaxt pis yuxular görürsünüz?

12. Bir problem olduqda əksər hallarda onu özünüz həll edirsinizmi?

13. Fövqəladə vəziyyətlər, “qara gün" üçün yığmış olduğunuz pulunuz varmı?

14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?

15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?

16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa, zərərə dözərək istifadə etməyi seçirsiniz?

17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?

18. İnsanlar çox vaxt sizdən öyüd istəyirmi?


1. xeyr 2. xeyr 3. xeyr 4. xeyr 5. bəli

6. xeyr 7. xeyr 8. xeyr 9. xeyr 10. bəli

11. xeyr 12. bəli 13. bəli 14. bəli 15. bəli

16. xeyr 17. xeyr 18. bəli

Əgər cavablarınız bizim qeyd etdiyimiz cavablara uyğundursa özünüzə 2 bal verin. Cavabları toplayın və nəticələrlə tanış olun .

35-44 : Özünə inam baxımından probleminiz yoxdur. İnsanlar sizi bir lider kimi qəbul edir, sizdən ilham alır sizə güvənirlər. Çox güman ki, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. Sözün düzünü desək, çox eqoistsiniz. Siz şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Hötenin (Goethe) təbirincə desək "Hər şeyin öhdəsindən gələ bilmək üçün insan özünə kənardan baxmağı bacarmalıdır”.

20-34 : Özünə inam baxımından güclü və zəif tərəfləri olan bir insana işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, istəsəniz onlardan azad ola bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.

6-18 : Qorxaq və özünə güvənməyən, ətrafındakıların dayaq və köməyinə ehtiyac duyan biriniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Unutmayın ki, öyrənmək heç vaxt gec deyil. Başqa sözlə desək bilməmək yox, öyrənməmək ayıbdır.

0-4 :Bu olduqca nadir rast gəlinən bir nəticədir.Ancaq topladığınız bal bu aralıqdadırsa , məlumatlı bir insandan, hətta psixiatordan kömək almanız məsləhətdir. Ehtimal ki, həyat sizin üçün qorxu və narahatlıqlarla doludur.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti