Hollivud ulduzu “Natiq” ritm qrupu ilə - Video

Dekabrın 16-17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.
Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən daxil olan məlumata görə, məşqdə “Natiq” ritm qrupunun üzvləri də olub.
Belə ki, Bakı konsertində Stiven Siqal Azərbaycan ritmlərindən ibarət kompazisiya da təqdim edəcək.
İki gün keçiriləcək konsertdə izləyiciləri digər maraqlı musiqi təqdimatları da gözləyir.
Bu gün keçirilən məşqdən qısa videonu sizə təqdim edirik.
Teqlər: