Erməni silahı susmaq bilmir

Erməni silahı susmaq bilmir
  29 İyun 2013    Oxunub:971
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti