Rublun kursu rekord həddə endi

Rublun kursu rekord həddə endi
  15 Dekabr 2015    Oxunub:2776
Rusiyada dolların kursu 70,82 rubl həddinə çatıb ki, bu da 1998-ci ildə keçirilən Rusiya valyutasının denominasiyasından sonra tarixi minimumdur.
Əvvəlki günə nisbətdə dolların kursu 60 qəpik bahalaşıb.

Rusiya Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə, avronun dəyəri 1,27 artaraq 78,23 rubl təşkil edib.

Rublun kursu dünya bazarlarında neftin ucuzlaşması fonunda aşağı düşür. London birjasında "Brent" markalı neftin 1 barreli 38,67 dollara satılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, neftin ucuzlaşması ilə bağlı rublun dəyərini itirməsi Kremldə diqqətlə izlənilir.

"Sözsüz ki, valyuta kursunun bu cür oynaması narahatlıq doğurur və bunu diqqətlə izləyirlər” - Dmitri Peskovun bu sözlərindən "İnterfax" agentliyində iqtibas gətirilir.

OPEC təşkilatının hasilat həcmlərini azaltmaqdan imtina etməsinin ardınca həftələr ərzində neft qiymətləri aşağı düşməkdədir.

ABŞ ekspertlərinin hesablamarına əsasən əgər bir il ərzində neftin qiyməti 35 dollar səviyyəsində qalarsa, dolların kursu 94 rubla bərabərləşə bilər.


Teqlər:





Xəbər lenti