3 nəfərin həyatı xilas edildi

  29 İyun 2013    Oxunub : 433
3 nəfərin həyatı xilas edildi
Onlar suda boğulmaq təhlükəsi ilə üzləşiblər
FHN-dən AzVision.az-a verilən məlumata görə, Sabunçu rayonunda, (“Nardaran” sularda xilasetmə məntəqəsindən təxminən 1500 metr məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər rezin dairənin üzərində olarkən küləyin aparması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.

Sabunçu rayonunda, (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər üzə bilməməsi səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.

Sabunçu rayonunda, (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) daha 1 nəfər sərxoş olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.

AzVision.az

Teqlər: