Bəzi banklar kredit verməyi dayandırdı

Bəzi banklar kredit verməyi dayandırdı
  21 Dekabr 2015    Oxunub:5350
Azərbaycanda manatın üzən məzənnə rejiminə keçməsindən sonra dolların 50% bahalaşması bank sektorunda şok effekti yaradıb. Artıq bir neçə bank kredit verilişini dayandırıb.

AzVision.az-ın banklar arasında apardığı sorğu nəticəsində məlum olub ki, rəhbərlik tərəfindən banklara kredit verilişinin dayandırılması ilə bağlı məktub göndərilib.

Azərbaycan Beynəlxalq Bankından bildirilib ki, hazırda onlarda kredit verilişi əvəlki qaydada davam edir: “Hazırda kredit veririk. Bütün kreditlərimiz manatla həyata keçirilir”.

“Kapital Bank”da isə kreditlərin həcmi 50 faiz aşağı salınıb: “Manatın zəifləməsinə görə rəhbərlik tərəfindən bankımıza təlimat göndərilib ki, kreditin ancaq 50%-i verilsin. Hazırda bizdə maksimum 3. 000 manat məbləğində kredit verilir”.

“Unibank” isə müvəqqəti olaraq kreditləşməni dayandırıb. Bankdan verilən məlumata görə, kredit verilişi müvəqqəti dayandırılsa da gələcəkdə kreditlər yeni məzənnə ilə veriləcək.

“Kredit verilişinin nə zaman bərpa olunacağı məlum deyil”.

“Parabank” da kredit verilişini müvəqqəti olaraq dayandırıb.

Bankdan verilən məlumata görə, borclu müştərilər kreditlərini yeni məzənnə ilə verməli olacaqlar.

Əlaqə saxladığımız digər banklarda da müvəqqəti olaraq kredit verilişinin dayandırıldığı bildirilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti