Bakıda dollar spekulyasiyaları - REPORTAJ (VİDEO)

Bakıda dollar spekulyasiyaları - REPORTAJ (VİDEO)
  21 Dekabr 2015    Oxunub:24408
Mərkəzi Bankın verdiyi bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5500 manat təşkil edir. Dolların məzənnəsinin sürətlə artması əhali arasında ciddi təşvişə səbəb olub.

Femida.az -ın əməkdaşları dolların qalxması xəbərini yerində araşdırmaq məqsədilə şəhərdə fəaliyyət göstərən bir neçə valyuta dəyişmə məntəqəsində olub.

Nəsimi rayonu 28 May küçəsində yerləşən 10-dan çox valyuta dəyişmə məntəqəsində olduğumuz müddətdə demək olarki, eyni mənzərə idi. Pul dəyişmək istəyən vətəndaşlar və bağlı valyuta dəyişmə məntəqələri. Bu işlə məşğul olan şəxslər məntəqələrin işləməməsi kimi, onlara məzənnə ilə bağlı Mərkəzi Bankdan rəsmi bildirişin gəlməməsi ilə izah etməyə çalışıblar.

Bir sıra valyuta dəyişmə məntəqələrində isə ciddi manat və dollar qıtlığı müşahidə olunurdu. Valyuta dəyişmə məntəqəsinin işçilərinin sözlərinə görə, dolların gözlənilmədən qalxması onlara da, ciddi ziyan vurub. Valyuta dəyişmə məntəqələrində səhər saatları olmasına baxmayaraq, əhali sıxlığı müşahidə olunurdu. Hər kəs dolların qalxmasından narahatlıq keçirirdi. Artıq valyuta dəyişmə məntəqələrinin qarşısında insan izdihamı və növbələr yaranırdı.Əksər valyuta dəyişmə məntəqələrinin əməkdaşları çəkiliş aparılmasına mane olurdular.





Teqlər:





Xəbər lenti