`Kredit borcumuzu necə verəcəyik?` - Tanınmışlar

`Kredit borcumuzu necə verəcəyik?` - Tanınmışlar
  21 Dekabr 2015    Oxunub:7505
Azərbaycanda dolların gözlənilmədən 50 faiz bahalaşması şou-biznes nümayəndələrinin də işinə təsirsiz ötüşməyəcək. Tanınmışlar kredit borclarını necə ödəyəcəkləri haqda düşünürlər.
Əməkdar artist, müğənni Abbas Bağırov AzVision.az-a açıqlamasında kredit borcunun olduğunu deyib.

“Müəyyən qədər kredit borcum var. Məbləği açıqlamalayacağam. Borcumu necə ödəyəcəyim haqda düşünürəm. Daha nə edək? Məcbur ödəməliyik. Əlimizdən gəldiyi qədər çox çalışmalıyıq ki, kredit borcumuzu bağlayaq”.

Xalq artisti Bilal Əliyev isə borc almaqla arasının olmadığını deyib: “Mən nə qazanmışamsa, ailəm və kasıb insanlar arasında bölüşüdürüb xərcləmişəm. Ona görə də nə dollarla, nə də manatla pulum yoxdur. İndiyə kimi də heç bir evi, əşyanı kreditlə almamışam. Şükür heç kimə borcum yoxdur. Eyni zamanda pulum da yoxdur. Buna görə də rahatam, dollar qalxdı- endi, qorxum və itirəcəyim bir şey yoxdur”.

Əməkdar artist Ədalət Şükürov hesab edir ki, kredit borcunun olması normal haldır: “Mənim kredit borcumun olması normaldır. Məsələ bundadır ki, mən krediti manatla götürmüşəm. Ona görə də krediti elə manatla da qaytaracağam. Bu baxımdan elə də ciddi problemim yoxdur”.

Maestor Ceyhunun isə kredit borcunun olmadığını deyir: “Heç kimə, heç bir banka borcum yoxdur. Amma dolların bahalaşması bizə də təsir edəcək”.

Xalq artisti Nazpəri Dostaəliyeva isə dolların qalxmasına belə münasibət bildirib: “Biz Azərbaycanda yaşayırıq. Buna görə də alacağımız da, verəcəyimiz də dollarla deyil, manatla olmalıdır. Kredit borcuna gəlincə, cibimdə pul yoxdursa, heç nəyi borcla almıram. Tutaq ki, bir maşından xoşum gəlirsə, onu pulum olanda alaram. Amma ümumən camaat necə təsir edəcəksə, bizə də elə”.

Əməkdar artist Nüşabə Ələsgərli də nağd pula üstünlük verir: “Anamı itirdiyimə görə çoxdandır toylara getmirəm. Ona görə də xüsusi gəlir mənbəyim yoxdur . Bundan başqa heç bir bankdan da pul götürməmişəm”

Müğənni Nazənin də kredit borcunun olduğunu deyib: “Evi də, maşını da nağd pulla almışam. Kreditə pul götürməyi xoşlamıram”.

Müğənni Lalə Məmmədovanın hazırda iki banka borcu var: “Üstümdə böyük yük daşıyıram, iki uşağa baxıram. Eyni zamanda iki banka da yetərincə borcum var. Allah köməyimiz olsun. Dua edək ki, yaxşı olsun, başqa nə deyə bilərəm ki? Məcburən borclarımı verməliyəm. Pul götürmüşüksə, qaytarmalıyıq”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti