Hərbiçilərimiz tədbirlərdə iştirak edəcək

  01 İyul 2013    Oxunub : 233
Hərbiçilərimiz tədbirlərdə iştirak edəcək
Azərbaycan hərbçiləri NATO ilə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşliq" proqramı çərçivəsində Fərdi Tərəfdaşliq Proqramı (FTP) əsasında keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən Azərbaycan hərbçiləri iyulun 1-dən 12-dək İsveçrənin Andermat şəhərində yay dağ təlimi üzrə təkmilləşdirmə kursunda, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 1-dən 26-dək Çex Respublikasının Vışkov şəhərində əməliyyat atıcılıq kursunda, iyulun 8-dən 26-dək isə komanda və qərargah kursunda, iyulun 2-3-də Litvanın paytaxtı Vilnüsdə "Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti Tərəfdaşlığını irəli aparmaq: Şərq Tərəfdaşlığı" seminarında, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 8-dən 12-dək Almaniyanın Vildflekken şəhərində Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarında, iyulun 8-dən 12-dək Türkiyənin Marmaris şəhərində beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi kursunda iştirak edəcəklər.

Bundan əalvə, iyulun 4-də Bakıda NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı təşkil ediləcək.

Teqlər: