Bir rola görə 34 milyon qazanan aktyor - FOTO

Bir rola görə 34 milyon qazanan aktyor - FOTO
  21 Dekabr 2015    Oxunub:4065
"Ulduz müharibələri" filminin yeddinci epizodunda Han Solo rolunu ifa edən aktyor Harrison Ford bu rola görə 34 milyon dollar alıb.
Bu barədə AzVision.az “Daily Mail”-ə istinadən xəbər verir.

Məlumata əsasən onun qonorarı 25 milyon dollar, filmin dünya kinoteatrlarında əldə etdiyi gəlirlərdən isə 9 milyon dollar olub.

Original trilogiyada çəkilən digər aktyorlar Kerri Fişer və Marj Hemmil isə hərəyə 1,5 milyon dollar əldə ediblər. Filmin yaradıcıları bu cür fərqi bununla izah ediblər ki, Fordun oynadığı qəhrəman köhnə və yeni nəsli birləşdirən əsas personajıdır.

“Kerri və Mark rollarını yaxşı ifa ediblər, lakin film onlar olmadan da çəkilə bilərdi. Lakin Harrison haqda bunu demək olmaz”, - deyə “Disney”dən bildirilib.

Franşizanın yeni üzvləri Con Bayeqa və Deyzi Ridli isə 450 min dollar qazanıb.

Nəşr qeyd edir ki, yeni "Ulduz müharibələri" nin rejissoru Cey Cey Abrams aktyorlardan çox gəlir götürüb. Belə ki, filmin dünya kinoteatrlarında əldə etdiyi gəlirlərdən faizlərlə birgə rejissorun əmək haqqısı 60 milyon dollar olub.

"Ulduz müharibələri" filminin 7-ci epizodu artıq 100 milyondan çox pul toplayıb.

"Walt Disney" studiyasının məlumatına görə, təkcə bir gündə - cümə axşamı film 57 milyon dollar qazanıb. Bu, əvvəlki rekorddan çoxdur. Bundan əvvəlki rekord 2011-ci ildə bir gündə 55 milyon dollar gəlir gətirən "Harri Poter" serialının 7-ci filminə məxsus idi.

Bu həftəsonu "Walt Disney" studiyası filmdən 200 milyon dollar gəlir götürməyi planlaşdırır. Bu, elə filmin büdcəsi qədərdir. Əgər həmin məbləğ gəlsə, "Yura dövrünün parkı" filminin də rekordu qırılacaq.

Qeyd edək ki, "Ulduz müharibələri" filminin 7-ci epizodu 6-cı epizodda baş verən hadisələrdən 30 il sonranı təsvir edir. Filmin rejissoru J.J.Abramsdır. "Walt Disney" studiyası "Ulduz müharibələri" filminin sahibi olan "Lucasfilm" studiyasını 4 milyard dollara almışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti