Bakı Fond Birjasına yeni rəhbər seçildi
Qeyd edək ki, R. Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. Rövşən Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov BFB-nin Müşahidə Şurasının yeni üzvü seçilib.
F. İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil alıb, 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.
AzVision.az