“Bu layihəni tələsik müzakirə etmək olmaz”

“Bu layihəni tələsik müzakirə etmək olmaz”
  01 İyul 2013    Oxunub:2624
“Elm haqqında” qanun layihəsi hazırda gündəmdədir, amma tezliklə müzakirə olunmayacaq”.
Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili qeyd edib ki,bu, ciddi bir layihə olduğundan tez-tələsik müzakirə oluna bilməz.

“Bu,ciddi bir məsələdir və ictimaiyyətin marağındadır. Buna tez –tələsik baxa bilmərik. Sabahkı Milli Məclisdə müzakirə olunmasa da, payız sessiyasında məsələyə baxacağıq".

Qeyd edək ki, qanun layihəsində Azərbaycanda magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi öz əksini tapıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti