İtaliyada Gəncə üçün mütəxəssislər hazırlanacaq

İtaliyada Gəncə üçün mütəxəssislər hazırlanacaq
  01 İyul 2013    Oxunub:4408
İtaliyanın Turin şəhəri ilə Gəncə şəhəri arasında əməkdaşlıq üzrə protokol qəbul olunub.
Gəncənin icra başçısı Elmar Vəliyev İtaliyanın Turin şəhərinin meri Piero Fassini ilə görüşüb. Görüş zamanı icra başçısı qeyd edib ki, Turin və Gəncə şəhərləri tarixi baxımdan bir çox oxşarlıqlara malikdir:

“Hər iki şəhər müxtəlif dövrlərdə ölkənin paytaxtı missiyasını daşıyıb. Hazırda Gəncə ilə Turin arasında əməkdaşlıq genişlənir. Bir neçə sahələrdə, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, el sahələri üzrə memorondumlar hazırlanır. Gələcəkdə daha geniş formatda əməkdaşlıq edəcəyik. Düşünürəm ki, həm bizim, həm də Turin şəhəri üçün bu, çox vacibdir” .

Görüş çərçivəsində İtaliyanın Turin şəhərindəki ali təhsil ocaqlarında Gəncə üçün mütəxəssislər hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Turininin meri noyabr ayında Gəncədə keçiriləcək Beynəlxalq şərab festivalına dəvət edilib. Orada ikinci memorondumun imzalanması nəzərdə tutulub”-deyə, E.Vəliyev əlavə edib.

Xatırladaq ki, Gəncə şəhər icra başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində icra başçısının müavini Naqif Həmzəyev, AMEA-nın Gəncə Regional Elmi mərkəzinin direktoru Fuad Əliyev, Gəncə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev, iştirak ediblər.

Günəş FƏRHADLI


Teqlər:  





Xəbər lenti