`Şimal-Cənub` dəhlizi ilə enerji resursları da daşınacaq

`Şimal-Cənub` dəhlizi ilə enerji resursları da daşınacaq
  23 Dekabr 2015    Oxunub:1564
"Şimal-Cənub" beynəlxalq dəmir yolu dəhlizi ilə neft və neft məhsulları da daşınacaq.
AzVision.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, İranın Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Çexiya, Slovakiya, Finlandiya və digər iri bazarlara dəmir yolu üzrə tədarük edilməli olan geniş məhsul çeşidi var.

C.Qurbanov bildirib ki, Avropanı İran və Hindistanla birləşdirəcək "Şimal-Cənub" dəhlizi ilə ildə 25 milyon tonadək, üstəlik, İranın Bəndər-Abbas limanından 8 milyon ton yük daşımaq mümkün olacaq: "Dəhlizlə daşınması planlaşdırılan yüklər sırasına neft, mazut və digər enerjidaşıyıcılar daxildir".

AzVision.az


Teqlər:





Xəbər lenti