AZAL-dan jurnalistləri aparan təyyarə ilə bağlı açıqlama

AZAL-dan jurnalistləri aparan təyyarə ilə bağlı açıqlama
  01 İyul 2013    Oxunub:1307
Təyyarə 20-25 dəqiqə sonra yenidən uçuşa hazır olacaq
AzVision.az-a açıqlamasında bu sözləri AZAL-ın Mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, təyyarədə uçuş zamanı texniki nasazlıq yaranıb:

“Uçuş zamanı texniki nasazlıq yaranıb. Buna görə də təyyarə yenidən Bakıya qayıdıb. Hazırda həmin nasazlıq aradan qaldırılır. 20-25 dəqiqə sonra yenidən təyyarə uçuşa hazır olacaq”.

M.Səfərli təyyarədə olan sərnişinlər təyyarədən təxliyyə olunmadığını söyləyib.

Qeyd edək ki, bu gün Türk Hava Yolları ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Antaliyaya uçan təyyarə məcburi qəza enişi edib. Təyyarədə 27 nəfər baş redaktor var. Onların arasında Aqil Abbas, Rəşad Məcid, Qabil Abbasoğlu, İradə Tuncay, Zahir Əzəmət və başqaları var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti