Neft 160 dollara olacaq – OPEC

Neft 160 dollara olacaq – OPEC
  23 Dekabr 2015    Oxunub:11758
Neftin bir barelinin nominal dəyəri 2040-cı ildə 160 dollar olacaq. Dünyada neftə olan tələbat 20 faiz artacaq.

AzVision.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hesabatında bildirilir.

Hesabatda vurğulanır ki, beş ildən sonra neftin bir barelinin qiyməti 80 dollar ola bilər. Karbohidrogenlərə artan tələbatla əlaqədar olaraq OPEC bu sahəyə 10 trilyon dollar həcmində vəsaitin yatırılacağını gözləyir. Bunlardan 7,2 trilyon neft hasilatı, qalan məbləğ isə neft emalı və bu növ məhsulların daşınmasına xərclənəcək.

İnvestisiyaların böyük həcmi OPEC-ə üzv olmayan ölkələrin payına düşəcək. Qurumun fikrincə, bu ölkələrə təxminən 250 milyard dollar vəsait yatırılacaq.

Qeyd edək ki, London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,60% artaraq 36,93 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti