İlham Əliyev yeni stansiyanın açılışında - FOTOLAR

İlham Əliyev yeni stansiyanın açılışında - FOTOLAR
  01 İyul 2013    Oxunub:1189
Prezident İlham Əliyev Şirvana səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Ümummilli Liderin stansiyanın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub.

Daha sonra prezident elektrik stansiyasının həyətində xatirə şəkli çəkdirib, avtobusla ərazini gəzib.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunub. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılıb.

2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Cənub" Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilib. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılıb, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilib. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınıb. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. Bu prinsip "Cənub" Elektrik Stansiyasının fəaliyyətində də başlıca meyara çevrilib.

Prezident İlham Əliyev "Sahil" nasos stansiyasında olub. Dövlətimizin başçısı "GİS" tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə də maraqlanıb.

Dövlətimizin başçısı "Cənub" Elektrik Stansiyasını işə salıb.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti