Qubadakı soyqırım abidəsi bu ay istifadəyə veriləcək

Qubadakı soyqırım abidəsi bu ay istifadəyə veriləcək
  01 İyul 2013    Oxunub:1393
Quba Soyqırım Memorial Xatirə Kompleksi bu ay istifadəyə veriləcək.
AzVision.az Regional TV-yə istinadən məlumat verir ki, Qubadakı Soyqırımı Memorial Xatirə Kompleksinin inşasına 2010-cu ilin payızında başlanılıb.

Artıq tikinti işləri başa çatmaq üzrədir. Sivri uclu iki xəncəri xatırladan abidənin inzibati binaları hazırdır. Daxildə isə tərtibat işləri həyata keçirilir. Soyqırım faciəsini xatırladan dəlillər və ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün faciələrə aid fotoşəkillər, eləcə də digər əşyaların yerləşdirilməsi işləri görülür. Kompleksin əsas hissəsi 6 metr dərinlikdə yerləşir.

Abidənin inşasında istifadə olunan tikinti materiallarının əksəriyyəti xarici ölkələrdən gətirilib. Özül hissəsini beton təşkil edən kompleksin daxili yandırılan qranitdən hörülüb. Hazırda ərazidə yaşıllaşdırma işləri, abadlıq və işıqlandırma sistemlərinin quraşdırılması prosesi həyata keçirilir.

Abidənin qarşı tərəfində bayraq kompleksi də inşa olunur. Quba Soyqırım Memorial Xatirə Kompleksində aparılan son tamamlama işləri iyul ayının ortalarında başa çatacaq.


Teqlər:





Xəbər lenti