Mərkəzi Bankda dollar kreditləri müzakirə olunur
AMB-dən AzVision.az- a verilən məlumata görə, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşüb.
Görüşdə milli valyutanın "üzən məzənnə" rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunur.
AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub.
Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.