22 yaşlı gənc dənizdə boğulub

22 yaşlı gənc dənizdə boğulub
  02 İyul 2013    Oxunub:1449
Lənkəran sakininin meyiti təhvil verilib
Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından verilən məlumata görə, Lənkəran şəhərinin Üzeyir Hacıbəyov küçəsi, 25 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Cavid Qabil oğlu Hüseynovun cəsədi iyulun 1-də saat 19.25 radələrində Xəzər dənizinin sahilində - rayonun Kələdəhnə ərazisində aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda C.Hüseynovun hansı şəraitdə boğulması ilə əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti