Neftin qiyməti yenə ucuzlaşdı

Neftin qiyməti yenə ucuzlaşdı
  28 Dekabr 2015    Oxunub:3002
Bu gün neftin qiyməti cüzi ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Brent markalı neftin qiyməti yenidən 37 dollardan aşağı, Texas markalı neftin qiyməti isə 36,97 dollara düşüb.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,13 dollar və ya 0,34% ucuzlaşaraq 37,76 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 28-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,76% ucuzlaşaraq 37,81 dollar təşkil edib.


Teqlər:  





Xəbər lenti