Milli Məclisdə hakim mübahisəsi

Milli Məclisdə hakim mübahisəsi
  02 İyul 2013    Oxunub:1244
“Paçka-paçka” təyinatlar edilir
Milli Məclisin növbədənkənar sessiyasında millət vəkili Sabir Rüstəmxanlı hakimlərin siyahı ilə adbaad təqdim edilmədən ümumi siyahı əsasında təsdiqinə etiraz edib:

“Yarım saat artıq vaxt gedərdi, adbaad təqdim olunardılar, biz də onları tanıyardıq. Yoxsa elə bil ki, “paçka-paçka” təyinatlar edilir. Bir “paçka” Bakıya, bir “paçka” Naxçıvana, bir “paçka” Şəkiyə, bir “paçka” Sumqayıta göndərilir. 8 hakim seçilir. Onlar niyə özlərini təqdim etmir, Milli Məclisdə ayağa qalxmırlar? Onları biz necə tanıyaq? Həm Milli Məclis həm də əhali onları görsün, tanısın. Mən xahiş edirəm ki, bu məsələ gələcəkdə nəzərə alınsın”.

Millət vəkilinin bu çıxışına Milli Məclisin sədri Oqtay Əsədovdan cavab gəldi.

“Onlar haqqında bütün məlumatlar, tərcüməyi halı sizin stolunuzun üstündə var. Hakimlərin tərcümeyi-halları qarşınızdadır. Yeni təyin olunanların əksəriyyəti hakim işləyirlər, sadəcə, yeni təyinatlar alırlar. Əgər onların tərcümeyi-halında nə isə olsaydı, qeyd olunardı. Niyə ümumi danışırsınız?!”

Daha sonra Oqtay Əsədov Novruz Aslana söz verib. Bu zaman S.Rüstəmxanlı yerdən danışıb. Spiker millət vəkilinə irad tutaraq bildirib ki, bu barədə yerdən danışmaq lazım deyil. “Yerdən niyə danışırsınız? İstəmirdinizsə, səs verməzdiniz. Sizin səsinizi mən almadım ki”.


Teqlər:  





Xəbər lenti