Azercell-in Gənc OL paketi ilə 50%-ə qədər endirimlər

Azercell-in Gənc OL paketi ilə 50%-ə qədər endirimlər
  29 Dekabr 2015    Oxunub:25144
Azercell Telekom MMC-nin Gənc OL tarif paketində endirimlər və kampaniyalar davam etməkdədir.

İndi Genc OL tarif paketinə qoşulan abunəçilər daha çox məkanda (restoranlar, magazalar, fitnes, Təhsil, Əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.



Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır.

Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Qeyd edək ki, Genc OL endirimlərinin sayı artmaqda davam edir. Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!



Teqlər:  





Xəbər lenti