Vasif Talıbov çimərlikdə

Vasif Talıbov çimərlikdə
  02 İyul 2013    Oxunub:3961
Naxçıvanda çimərlik istifadəyə verilib
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarındakı çimərlik zonasına gəlmiş, burada yaradılan şəraitlə tanış olub.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev məlumat vermişdir ki, çimərlik zonasının ərazisi 1,5 hektardır. Qumlu sahil xəttinin uzunluğu 550, eni isə 60 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4, eni isə 50 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Ali Məclisin Sədri mövsüm ərzində aidiy­yəti qurumlar tərəfindən çimərlikdə suyun təmizliyinin nəzarətdə saxlanılması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.


Teqlər:  





Xəbər lenti