SOCAR qaz hasilatını artırıb

SOCAR qaz hasilatını artırıb
  30 Dekabr 2015    Oxunub:1520
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr ayları ərzində 6 323,1 mln. kubmetr həcmində təbii qaz hasil edib.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 4,9% azalıb. Hesabat dövründə hasil olunan qazın 567,2 mln. kubmetri noyabr ayının payına düşüb. Noyabrda isə qaz hasilatı ötən ilin noyabr ayına nisbətən 1,8% artıb.

Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti