Azərbaycan İrana qaz təchizatını dayandırır

Azərbaycan İrana qaz təchizatını dayandırır
  02 İyul 2013    Oxunub:1625
Astara-Qazıməmməd Magistral Qaz Kəmərində təmir işləri həyata keçiriləcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Astara-Qazıməmməd Magistral Qaz Kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədar olaraq İran İslam Respublikasına qaz verilişi 02.07.2013-cü il tarixindən dayandırılıb.

İyulun 3-dən Magistral Qaz kəmərində təmir işlərinə başlanılacaq. Bununla əlaqədar olaraq, 03.07.2013-cü il tarixindən 04.07.2013-cü il tarixinədək `Astara` Modul Elektrik Stansiyasının (MES) qaz təchizatı dayandırılacaq.


Teqlər:





Xəbər lenti