OPEC ölkələri müflisləşir

OPEC ölkələri müflisləşir
  31 Dekabr 2015    Oxunub:2076
Küveyt hökuməti 2016-cı ilin büdcəsində neftin baza qiymətini 30 dollar/barel səviyyəsində təsdiq edib.
AzVision.az xəbər verir ki, dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Küveyt də daxil olmaqla, 13 OPEC ölkəsindən 9-u 2015-ci ildə büdcə kəsiri ilə üzləşib.

Bundan başqa Küveyt, gələn il yanacaq subsidiyalarını əsaslı şəkildə azaltmaq və bir sıra islahatlar həyata keçirməklə 1-2 mlrd. dinar (3,3-6,6 mlrd. dollar) qənaətə nail olmaq fikrindədir. Səudiyyə Ərəbistanı da 2016-cı ilin büdcəsində neftin baza qiymətini 29-37 dollar/barel götürüb.

Qeyd edək ki, Azərbaycan isə 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətini 50 dollar/barel səviyyəsində təsdiq edib.


Teqlər:  





Xəbər lenti