Azay Quliyev rəqibinə qalib gəldi

Azay Quliyev rəqibinə qalib gəldi
  02 İyul 2013    Oxunub:1317
ATƏT Parlament Assamblyesında rəhbər orqanlara keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev də iştirak edib.
AzVision.az-ın məlumatına görə, onun rəqibi Vahid Rusiya Partiyasının üzvü, Rusiya Federasiya Şurasının ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir Kulakov olub.

Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.

Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti