Elmar Məmmədyarov ABŞ rəsmilərini qəbul edib

Elmar Məmmədyarov ABŞ rəsmilərini qəbul edib
  02 İyul 2013    Oxunub:1202
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən AzVision.az-a verilən məlumata görə, zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından, regionda baş verən proseslər və mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən söhbət açılıb. Həmçinin Azərbaycan-NATO münasibətləri müzakirə edilib.

ABŞ rəsmisi Azərbaycanın İSAF qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfəsini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan-NATO münasibətlərinin strateji əhəmiyyətə malik olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa başlanmasının münaqişənin həlli prosesinə geniş imkanlar açacağını bildirib. Nazir münaqişənin regionun sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. Həmçinin münaqişənin həllinin region ölkələri ilə yanaşı, regionun qonşuluğunda yerləşən ölkələrin milli maraqlarına cavab verdiyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti