İlham Əliyev səfirləri qəbul edib

İlham Əliyev səfirləri qəbul edib
  02 İyul 2013    Oxunub:932
lham Əliyev Yunanıstan və Belçikanın ölkəmizdəki səfirlərini diplomatik fəaliyyətlərinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AzVision.az xəbər verir ki, səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı.

Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də həmçinin Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Son illər Azərbaycan ilə Belçika arasında yaxşı əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayan dövlətimizin başçısı bu istiqamətdə səfirin fəaliyyətini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı, Azərbaycan Avropa əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti