Prezident fərman imzaladı
AzVision.az-ın məlumatına görə ,fərmanda qeyd olunur ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı təsis edilsin. "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi" təsdiq edilsin.
Nazirlər Kabinetinə "Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri"ni 3 ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Gənclər və İdman Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
AzVision.az