Müəllimlərlə bağlı yeni layihə müzakirə olunub
Görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib.
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İran İslam Respublikasının səfiri Möhsün Pakayin və İsrail Dövlətinin səfiri Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
AzVision.az