Rəis Rəsulzadənin səhhəti normaldır

Rəis Rəsulzadənin səhhəti normaldır
  03 İyul 2013    Oxunub:1709
Görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunub
Bu barədə Azvision.az saytına əməkdar rəssamın yaxın dostu tarixçi alim, jurnalist Nəsiman Yaqublu deyib. O bildirib ki, hazırda Rəis Rəsulzadənin vəziyyəti yaxşıdır.

"Rəis Rəsulzadənin səhhətində bir az problem var idi. Ona görə də bu gün əməliyyat olundu. Yenicə əməliyyatdan çıxıb. Özünü yaxşı hiss edir. Mən onun barəsində başqa heç nə deyə bilmərəm. Bu onun şəxsi həyatıdır və etik normaları gözləmək lazımdır. Özü nə zaman istəsə mətbuatla əlaqə saxlayacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə R.Rəsulzadənin əməliyyat olunması barədə məlumatlar öz əksini tapıb.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti