Gömrük büdcəyə nə qədər pul köçürüb?

Gömrük büdcəyə nə qədər pul köçürüb?
  06 Yanvar 2016    Oxunub:1814
Azərbaycan Gömrük Komitəsi ötən il büdcəyə köçürülən verginin məbləğini açıqlayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az- a daxil olan xəbərdə bildirilir ki, 2015-ci il üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. Məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,07 faiz yerinə yetirilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çoxdur.


Teqlər:  





Xəbər lenti