Maşınlara texniki baxışı dövrü başladı

Maşınlara texniki baxışı dövrü başladı
  06 Yanvar 2016    Oxunub:3018
Yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayıb.
AzVision.az xəbər verir ki, qanunvericiliyə əsasən, 1 yanvar - 30 aprel tarixlərində “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Bu müddət ərzində Dövlət Yol Polisi əməkdaşı həmin sürücüləri cərimələyə bilməz.

Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul tarixində texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr tarixi arasındadır.

Nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt , vəzifəli şəхslər 100 mаnаt, hüquqi şəхslər 300 mаnаt cərimə edilirlər.

Azərbaycanda Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt ödənilməlidir.

Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kubsantimetrinə görə - 1 qəpik, mühərrikin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 2 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 3 qəpik, mühərrikin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə - 4 qəpik, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 5 qəpik yol vergisi tutulur.

Qeyd edək ki, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Belə ki, Avtomobillər istehsal olunduqları vaxtdan 4 il müddətinə texniki baxışdan azaddır. Həmin avtomobillərin istehsal tarixi dörd ili keçdikdən sonra - iki ildə bir dəfə, istehsal tarixi on il keçdikdən sonra – ildə bir dəfə texniki baxışdan keçiriləcək.


Teqlər:  



Xəbər lenti