48 yaşlı kişi meyiti tapılıb

48 yaşlı kişi meyiti tapılıb
  03 İyul 2013    Oxunub:987
Cəlilabadda kişi meyiti aşkarlanıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, meyitin rayonun Privolnoye kəndində yaşayan 20 mart 1965-ci ildə anadan olmuş Mirzəyev Sübhi Məmməd oğlu olması müəyyən edilib.

Meyitə baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Meyit daxili müayinə olunması üçün ekspertə təqdim edilib.


Teqlər:  





Xəbər lenti