Rabitə Nazirliyindən daha bir müsabiqə

Rabitə Nazirliyindən daha bir müsabiqə
  03 İyul 2013    Oxunub:1271
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni müsabiqəyə start verib.
AzVision.az xəbər verir ki, “Mənim Azərbaycanım” adlı internet foto müsabiqəsi iyulun 1-dən başlayıb. Bu barədə ətraflı məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqə oktyabrın 31-ə qədər davam edəcək:

“Müsabiqəyə 3 nominasiya üzrə fotolar təqdim oluna bilər. Bunlardan birincisi təbiətdir ki, burada Azərbaycan təbiətini əks etdirən fotolar qiymətləndiriləcək. İkinci, tarixdir ki, bu nominasiya üzrə Azərbaycan adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunacaq. Və sonuncusu isə qeyri-adi, orjinal fotolar qiymətləndiriləcək”.

Nazir müavini vurğulayıb ki, hər nominasiya üzrə 3 qalib seçiləcək. Qaliblər online səsvermə və münsiflər heyətinin səsverməsi ilə müəyyənləşəcək:

“Qeyd etmək lazımdır ki, fotolara bəzi tələbələr də qoyulub. Belə ki, fotolar onu təqdim edən şəxsin özünə aid olmalıdır, müəlliflik hüququ qorunmalıdır. Bundan başqa hər nominasiya üçün 3 fotonun təqdim olunmağı məsləhətdir”.

Müsabiqənin qalibləri dekabrın 6-da elan olunacaq və mükafatlandırlacaq. Qaliblərdən birinci yerə layiq görülənə notbuk, ikinci yerə netbuk, üçüncü yerə layiq görülənə isə mobil telefon hədiyyə ediləcək.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti