`Ulduz müharibələri` `Avatar`ın rekordunu qırdı – 760,5 milyon

Hazırda film təkcə ABŞ bazarından 760,5 milyon dollar gəlir götürüb.
Rekord `Gücün oyanışı` filimin premyerasından 20 gün sonra qırılıb.
Bu arada hələ ki, dünya üzrə rekord `Avatar` filminə məxsusdur. Belə ki, film dünya kinoteatrlarında 2,8 milyard dollar həcmində gəlir əldə edib. Hazırda `Ulduz müharibələri: Gücün oyanışı` filminin kassasında isə 1,6 milyard dollar vəsait var.
Qeyd edək ki, "Ulduz müharibələri" filminin 7-ci epizodu 6-cı epizodda baş verən hadisələrdən 30 il sonranı təsvir edir. Filmin rejissoru J.J.Abramsdır. "Walt Disney" studiyası "Ulduz müharibələri" filminin sahibi olan "Lucasfilm" studiyasını 4 milyard dollara almışdı.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: