Maşınlar toqquşub: ölən və xəsarət alan var

Maşınlar toqquşub: ölən və xəsarət alan var
  03 İyul 2013    Oxunub:1057
Bakı-Qazax-Gürcüstan yolunda ağır yol qəzası baş verib.
Baş Dövlət yol Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 22.00 radələrində Şəmkir rayon sakini 1972-ci təvəllüdlü Məmmədov Fazil Nürəddin oğlunun idarə etdiyi VAZ 21011 markalı maşınla, 1993 təvəllüdlü Əsgərli Elçin Qoşqar oğlunun idarə etdiyi Mersedes markalı maşınlar toqquşub.

Nəticədə VAZ 21011 markalı avtomaşının sürücüsü F.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında olan sərnişin Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Elxan Azad oğlu xəsarət alaraq Şəmkir MRX-na müraciət edib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti