İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Hərbi qulluqçularımızın çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.








Vaxtında, Aydın, Lazımlı!


