Əfv Fərmanına qərəzli yanaşanlar – Əfv Komissiyasının üzvü yazır

Əfv Fərmanına qərəzli yanaşanlar – Əfv Komissiyasının üzvü yazır
  07 Yanvar 2016    Oxunub:5376
Bəxtiyar Əliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, professor

Adətən mətbuatdakı yazılara birbaşa və konkret münasibət bildirmirəm. Çünki həmin yazıların müəllifləri əksər hallarda faktların təhlilinə söykənmədikləri üçün apardıqları ümumiləşdirmələr, gəldikləri nəticələr, verdikləri təkliflər (əksər yazılarda təklif də olmur) nəzəri-praktik cəhətdən o qədər də əhəmiyyətli olmur. Əslində, hər bir yazıda gerçəklik bizim gördüyümüz kimi deyil, olduğu kimi əksini tapmalı və məhz bundan sonra görmək istədiklərimizlə birlikdə oxucunun mühakiməsinə təqdim edilməlidir.

Bu yaxınlarda azadliq.info saytında Oqtay Gülalıyevin bir yazısı məni bir qədər düşündürdü. Ona görə ki, müəllif yazısında bir-birini inkar edən fikirlər irəli sürür, nəticələr çıxarır, insanları mühakimə edərək onlara qarşı ağır ittihamlar irəli sürür. Eyni zamanda müstəntiq, eyni zamanda hakim, eyni zamanda ekspert kimi çıxış etməsi məni xeyli təəcübləndirdi. Axı, hüquqda bu, yolverilməz haldır.

Belə olmasaydı oxucuları inandırmaq üçün 28 dekabr 2015-ci il tarixli Əfv sərəncamından “seçmələr” əsasında ictimai fikri çaşdırmağa cəhd edilməzdi. Əgər bir ailə başçısı öz avtomobilini idarə edərkən avtomobil qəzası törədərək həyat yoldaşını və iki övladını itirir və qanun qarşısında cavab verərək məkum edildiyi cəzanın bir hissəsini çəkdikdən sonra humanistlik göstərilərək sağ qalmış yeganə azyaşlı övladını tərbiyə etməsi üçün qalan cəzadan azad edilirsə, burada pis nə var? Bu faktın yazıda təhrif edilməsi necə təəsüf hissi doğurmasın. Bir azərbaycanlı ailəsinin bu ağır faciəsinindən yararlanmaq cəhdi nə qədər doğrudur? Qoy, oxucu özü buna qiymət versin!

Azərbaycanda söz, vicdan, mətbuat, din və ümumiyyətlə, bütün insan hüquq və azadlıqları qanunla qorunur və hamı üçün bərabər şərait yaradılıbdır. Hər bir vətəndaş öz fikrini azad şəkildə ifadə edə bilir. Qəzet və saytlara ötəri nəzər yetirmək kifayətdir ki, bunun gündəlik həyatımızın ayrılmaz bir hissəsi olduğunu görək. Barəsində bəhs etdiyimiz yazı da, elə mənim öz fikirlərimi ifadə etməyim buna əyani misal ola bilər. Diskussiya mədəniyyəti, qərəssiz, obyektiv münasibət, şəxsiyyətə, cəmiyyətə hörmət, vətənə sevgi müəllifin əsas mövqeyi olmalıdır, öz fikrini bildirəndə.

Əlbəttə, 20, 27,65, 93, 100-dən artıq məhbus siyahısı düzəltmək olar. Onlar da bizim vətəndaşlarımızdır və istəməzdik ki, məhkum həyatı yaşasınlar. Amma onlara “siyasi” damğası vurmaq lazım deyil. Bəs, yerdə qalan minlərlə məhbus haqqında hansı fikirləri söyləyəməliyik?!

Biz hamımız birlikdə elə işlər görməli, vətəndaşlarımızın hüquqi maarifləndirmə işini elə təşkil etməli, ictimai nəzərati elə gücləndirməliyik ki, cinayəkarlığı azalda bilək, yox edək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız humanizmə, həmrəyliyə, mərhəmətə söykənərək əfv sərəncamları imzalayır. Bu Sərəncam da haqqa, ədalətə, humanizmə söykənib, həmişə olduğu kimi. Açılan qapılar bizim vətəndaşlarımızındır və biz onların və ailələrinin seviclərini bölüşməliyik. Başqa bir münasibət isə ən azıdan mərhəmətsizlikdir.

Prezident yanında Əfv Məsələləri Komissiyası isə “Əfvetmə haqqında” Əsasnaməyə uyğun müraciətlərə baxır və qərarlar qəbul edir. Qeyd etmək istərdik ki, Komissiya “Əsasnamə”nin 28-ci bəndində nəzərdə tutulan halları nəzərə alaraq qərar qəbul edir. Həmin bənddə deyilir: “28. Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:

28.1. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
28.2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşına;
28.3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini”.

Elə təkcə bu bəndin məzmunu və əfv edilənlənlərin siyahısına obyektiv diqqət yetirmək kifayətdir ki, Oqtay Gülaliyevin müqayisələlərinin həqiqətdən uzaq olduğu müəyyənləşdirilsin. Faktları və “Əsasnamə”nin bəndlərini təhrif edərək Komissiyanın işinə kögə salmaq istəyir. O, öz məqaləsində yazır: “Halbu ki, Əfvetmə haqqında Əsasnamədə qeyd olunur ki, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəzaya məhkum edilmiş şəxsin azadlığa çıxması üçün cəzasının ən azı yarısını çəkməlidir”. Bu müddaə tamamilə yanlışdır. “Əsaasnamə”də yalniz əfvetmə üçün müraciətin müddəti müəyyənləşdirilibdir. Görəsən, müəllif qərəzli şəkildə “Əsasnamə”nin müvafiq bəndini təhrif edir, yoxsa bilməyərəkdən? Çünki “Əsasnamə”də açıq şəkildə yazılıb: “8. Əfvetmə barədə müraciət, bir qayda olaraq, aşağıdakı müddətlərdə verilə bilər: 8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra”.

Hər bir oxucu müəllifin məqalədə istinad etdiyi “Əsasnamə” və Əfv sərəncamını göstərilən ünvadan açıb baxa bilər. Hesab edirik ki, hər hansı bir təkliflə çıxış ediriksə, gərək qərəzdən, qeyri-obyektivlikdən uzaq olaq. Yəqin ki, Oqtay Güələliyev digər məhbusların da azad edilməsi istəyində bulunub. Özlüyündə bu yaxşı bir təşəbbüsdür, amma yanaşma adekvat deyil.

O siyahıdakı insanların hər biri haqqında verilən qərar Komissiya üzvlərinin günlərlə apardiqları müzakirələrin, təhlillərin, gərgin işin nəticəsidir. Belə taleyüklü məslələrin həlli ilə bağlı qərar qəbul etmək xüsusilə məsuliyyətlidir. Komissiya və onun fəaliyyəti haqqında xoşagəlməyən, qeyri-obyektiv, qərəzli fikirlər ən azından ədalətsizlikdir. Ədalətlili ol ki, ədalət istəyəsən! Heç bir halda, heç nəyin xatirinə ədalətsizlik etmək olmaz!

Azərbaycana qarşı aparılan çirkin, qərəzli təbliğat kampaniyası yalnız Ermənistana və ermənilərindən istifadə edən qüvvələrin maraqlarına xidmət edir. Minsk qrupunun həmsədrləri olan ölkələr Ermənistana qucaq açırlar, Azərbaycana isə təzyiqlər edirlər. Nə üçün, cənablar? Bunu sizlər də, bizlər də bilirik! Amma bunu bildiyimiz halda niyə özümüz özümüzə qənim kəsilirik? Azərbaycanın üstünə ayaq alanlara birgə cavab verməyin zamanı deyilmi?!

Oqtay Güləliliyev yazısında adını çəkdiyi Kristofer Smit haqqında həqiqətləri geniş oxucu kütləsinə çatdırsaydı daha yaxşı olardı. Azərbaycana hələ 1990-cı illərin əvvəlindən bu günə qədər düşmən münasibət bəsləyən, özünü ermənilərin və Ermənistanın böyük dostu hesab edən, qondarma “erməni soyqrmı” haqqında qanunun, Azərbaycana qarşı 907-ci düzəlişin həmmüəllifi olan, daima Azərbaycan haqqında yalnız qeyri-obyektiv və qərəzli fikirlər səsləndirən Kristofer Smitin yeni anti-azərbaycan qanun layihəsinin bəzi soydaşlarımızda ruh yüksəkliyi yaratması isə bizi olduqca məyyus edir. Bəs, yüz minlərlə qaçqın və köçkünə bunu necə izah etmək olar? Doğma Kəlbəcərinə getmiş və orada işğalçı Ermənistan ordusu tərəfindən biri öldürülmüş, digər ikisi isə girovluqda saxlanılan azərbaycanlıların ailələrinə nə cavab verəcəksiniz? Yaqland və ya Smit minlərlə hüquqqu pozulmuş azərbaycanlılar haqqında nə vaxt qanun layihəsi və ya qərar hazirlayacaqlar? Niyə susurlar, unutdururlar?!

Dilqəm Əsgərovun və Şahbaz Quliyevin gözləri yolda, qulaqları səsdədir...
QARABAG yağı əlindədir, unutmayaq!



Teqlər:  



Xəbər lenti