Müğənnilərin toy biznesi: qiymətlər necə təyin edilir?

Müğənnilərin toy biznesi: qiymətlər necə təyin edilir?
  07 Yanvar 2016    Oxunub:8315
Mətbuatda şou-biznes əhlinin toy qiymətləri ilə bağlı siyahı dərc olunub. Qiymətlər fərqlidir. Məsələn, müğənni Abbas Bağırov toy mərasiminə 13 min manata gedirsə, Cavanşir Məmmədovun toy qiyməti 2500 manat təşkil edir. Təqdim olunan siyahıda qiymətlər hər adamın cibinə görə deyil.

Maraqlıdır, tanınmış şou-biznes əhli toy qiymətlərini nəyə əsasən müəyyən ediblər?

Abbas Bağırov toy şənliyinə 13 min manata getmədiyini deyib: “Mənim toya neçəyə getməm öz şəxsi məlumatımdır. Bu haqda kiməsə, nəsə deməyi özümü borclu bilmirəm”.

Vasif Məhərrəmlinin dediyinə görə, onun toy qiyməti stabil deyil: “Mən toya pulsuz da gedə bilərəm, 1000 manata da,10000-ta da. Ətrafı çox olan adamların toyunun qiyməti də fərqli olar. Ətrafımıza, dost-tanışa görə qiymətlərimiz dəyişir”.

Xanım müğənni Nazənin isə məsələyə münasibəti belə olub: “Keçən il də yazmışdılar ki, guya mən toya 1500 manata gedirəm. Ev yiyəsi də bu xəbəri oxuyub zəng edib mənimlə dalaşırdı ki, niyə 1500 manata getdiyin halda mənə 5000 min manat deyirsən. Mən də ona izah edə bilmirdim ki, hansısa jurnalistin mənimlə ədavəti var. Elə bilirsiniz ki, pulun hamısını müğənni cibinə qoyur? Xeyr, ansamblda 13-14 nəfər adam olur, onların arasında pulu bölüşüdürəndə, geyimə, qrimə pul ayıranda muğənniyə nə qalır ki? Qiymətləri əsasən bu xərclərə görə təyin edirəm”.

Manaf Ağayev adamına görə toy pulunu müəyyən edir: “Guya mən 5000 manata toya gedirəm. Ancaq elə deyil axı. Adamından asllı olaraq toy qiymətlərini endiririk. Bəzən 4500-3500 manata, bəzən də daha aşağı qiymətə toyq gedirik. Ansambılımda 13 nəfər var. Onlara pul verməliyəm, ya yox? Onlara 200, 300, 500 manat adambaşı pul verirəm. Sonra vergiyə pul ayırırıq. Daha sonra ansambıl üzvülərinin özlərinin də VÖEN-ləri var. Ümumi qiyməti deməyə nə var ki? Gəlib soruşsunlar ki, müğənniyə bunlardan nə qədər pul qalır”.

Müğəni Könül Kərimova toya 7 min manata getmədiyini bildirib: “Həmin siyahını düz tərtib etməyiblər. Kim ağlına nə gəlir, onu da yazır. Toya görə qiymətlərimiz fərqlidir. Adam var deyir ki, imkanım yoxdur, adam da var ki, pulun onun üçün əhəmiyyəti yoxdur”.

AzVision.az ATV.az-a istinadla həmin siyahını təqdim edir:

Abbas Bağırov – 13 000
Brilyant Dadaşova – 12 000
Ramal İsrafilov – 10 000
Nadir Qafarzadə - 10 000
Elton – 10 000
Xumar Qədimova – 9 000
Samir Piriyev - 9 000
Xatirə İslam – 8 000
Vasif Məhərrəmli - 8 000
Mətanət İsgəndərli – 8 000
Günay İbrahimli - 7 000
Ağadadaş Ağayev - 7 000
Rəqsanə – 7 000
Xəyyam Nisanov – 7 000
Könül Kərimova – 7 000
Zamiq – 7 000
Könül Xasıyeva - 7 000
Nüşabə Ələsgərli – 7 000
Eyyub Yaqubov – 7 000
Mətanət Əsədova - 7 000
Nazənin - 6 000
Elçin Cəfərov – 6 000
Ayaz Qasımov – 6 000
Manaf Ağayev – 5 000
Əflatun Qubadov – 5 000
Bahar Lətifqızı - 4 500
İzzət Bağırov – 4 500
“Qala” qrupu - 4 000
“Şeron” qrupu (Ülvi) – 4 000
Nazim Faytonçu - 4 000
Elvin Abdullayev - 3 000
Emil Bədəlov - 3 000
Mənzurə Musayeva – 4 000
Səməd Səmədov – 3 000
Əlikram Bayramov – 3 000
Rüfət Axundov - 3 000
Əbdül Xalid - 3 000
Elariz – 2 500
Cavanşir Məmmədov - 2 500

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti