Yollarda dəmir arakəsmələr sökülür

Yollarda dəmir arakəsmələr sökülür
  07 Yanvar 2016    Oxunub:2646
“Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı hissədən “Ekologiya postu” deyilən əraziyə qədər yol ayrıcında olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir”.
Bunu AzVision.az-a açıqlamasında "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, “Ekologiya postu”ndan başlayaraq Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissədə yol kənarlarında olan dəmir arakəsmələr bəzi hissələrdə sökülüb.

O, qeyd edib ki, dəmir arakəsmələr sərt döngələr və ağacların yola yaxın olduğu yerlərdə saxlanılıb.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti