“Böyük İpək Yolu” müsabiqə keçirir

“Böyük İpək Yolu”  müsabiqə keçirir
  03 İyul 2013    Oxunub:1302
“Böyük İpək Yolu” gəncləri beynəlxaq “Sənin Sloqanın” kampaniyasına qoşulmağa çağırır.
Iyulun 29-da “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının yaranmasının bir ili tamam olur.
Təşkilat bir yaşının tamam olması münasibəti ilə “mədəni müxtəlifliklə bağlı sənin Sloqanın” adlı kampaniya başladığını elan edib. Bu barədə “Böyük İpək Yolu” BGT-nin mətbuat xidməti məlumat yayıb. Kampaniya çərçivəsində mədəni müxtəliflik anlayışının gənclər arasında necə başa düşüldüyü barədə rəylər və sloqanlar toplanacaq. “Mədəni müxtəliflik nədir? Dünyanın mədəni müxtəlifliyi təbliğ etmək və hörmət etməyə necə çağıra bilərsən? Bu fikri bir cümlə ilə necə ifadə edə bilərsən?”suallarına cavab olaraq yazacağınız sloqanlar müxtəlif ölkələrdə yaşayan gənclərin göndərdiyi sloqanlarla birgə nəhəng divara yazılacaq. “Biz sizi, təşkilatlarınızı, klubları, onlayn icmaları, ailə dostlarınızı bu kampaniyaya qoşulmağa, nəhəng yazı divarında yazılacaq şüarınızın dünyanın hər bir yerndə olan yüzlərlə insan tərəfindən izlənməsi fürsətini dəyərləndirməyə dəvət edirik”-deyə məlumatda bildirilir.

Sloqan ingilis dilində və ya ingilis dilinə tərcümə olunmuş variantı ilə birgə öz doğma dilimizdə təqdim edə bilərlər. Yazı 30 sözdən artıq olmamalı və özündə hər hansı siyasi mesaj və zorakılıq əlaməti ehtiva etməməlidir.

Sloqanlar 29 iyul 2013-cü il tarixinə qədər qəbul olunacaq
https://azvision.az/redirect.php?url=http://gswyouth.org/index.php?action=slogan_index


Teqlər:  





Xəbər lenti