`Obamanın İlham Əliyevə dəvəti ciddi mesajdır` - Politoloq
Politoloqun fikrincə, Azərbaycan regionda ən inkişaf etmiş dövlətlərdən biridir, məhz bu baxımdan Obamanın Azərbaycan Prezidentinə dəvəti mühüm addım hal kimi qiymətləndirilməlidir.
Ekspert bildirib ki, bu dəvət ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək: “Obamanın dəvəti ABŞ ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışan qüvvələrə bir mesajdır. Bu dəvət bir daha onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti ayrı-ayrı şəxslərin, hansısa qüvvələrin fikirləri əsasında formalaşmır. ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan dünyəvi dövlətdir və müasir qanunlarla idarə olunur. ABŞ da bunu yaxşı başa düşür”.
Konqresmen Kris Smitin Azərbaycan əleyhinə apardığı fəaliyyətə toxunan ekspert hesab edir ki, Obamanın dəvəti ABŞ Konqresinə ciddi bir mesajdır: “İstənilən halda, hər hansı bir konqresmenin fikri dövlətin rəsmi mövqeyini ifadə etmir. Azərbaycan Prezidenti İlham Əliyevin Obama tərəfindən Nüvə Təhlükəsziliyi Sammitinə dəvət olunması bir daha göstərir ki, ABŞ dövləti Azərbaycanla münasibətlərə böyük önəm verir və konqresmen Kris Smit kimilərin fikirlərini bölüşmür”.
Elvin Abdulqədirov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


