Nazirlikdən siqaretin bahalaşmasına Münasibət

Nazirlikdən siqaretin bahalaşmasına Münasibət
  08 Yanvar 2016    Oxunub:4052
“Tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil”.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev siqaretin yenidən bahalaşmasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, siqaretin qiyməti bazarda tələb və təklif əsasında formalaşır.

Qeyd edək ki, Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır. Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.


Teqlər:



Xəbər lenti