Yeni rektordan dəyişiklik - 19 kafedra bağlanacaq
Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir.
Rektor deyib ki, ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır:
"Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir".
Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib". (report.az)







Vaxtında, Aydın, Lazımlı!


