Bakı Limanında yaradıcılıq müsabiqəsi

Bakı Limanında yaradıcılıq müsabiqəsi
  08 Yanvar 2016    Oxunub:2644
Bakı Limanı Xəzər dənizinin ən böyük dəniz limanıdır.
AzVision.az xəbər verir ki, yüz ildən artıq tarixi olan liman Azərbaycanın dəniz qapısı kimi böyük önəmə malikdir. Bakı Limanı Avropa və Asiya arasındakı ticarət üçün əvəzolunmaz məkan olub fasiləsiz fəaliyyət göstərir. 600-dən çox əməkdaşı ilə Bakı Limanı Avrasiyanın nəqliyyat, yük daşınması və logistika mərkəzlərindən biridir. Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqənin izahı: Bakı Limanı üç müxtəlif kateqoriya üzrə yaradıcılıq müsabiqəsi elan edir:

1. Fotoqrafiya
2. Yazı müsabiqəsi ( şeir, hekayə, məqalə, inşa və s.)
3. İncəsənət müsabiqəsi ( rəssamlıq, toxuculuq, skeçinq və s.)


Tələblər: Bütün kateqoriyalarda təqdim olunan yaradıcılıq nümunələrinin mövzuları Bakı Limanı, onun tarixi,inkişafı, infrastrukturu, fəaliyyəti və s. ilə əlaqəli olmalıdır.

Seçim prosesi: Qalib gələn nümunələr keyfiyyətinə, məzmununa və müsabiqə şərtlərinə uyğunluğuna görə müəyyən ediləcək.

Seçim müvafiq kateqoriyalarda peşəkar münsiflər heyəti tərəfindən aparılacaq.

Mükafatlar: Hər kateqoriyada üç qalib müəyyən olunacaq və qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaqlar:

1-ci yer : 500 AZN
2-ci yer: 400 AZN
3-cü yer: 300 AZN

Əlavə olaraq, digər ən yaxşı 10 yaradıcılıq nümunəsi də həvəsləndirici mükafatlarla təmin olunacaqlar.

İştirak etmək üçün uyğunluq: Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.
İştirakçılar 16-35 yaş arasında olmalıdırlar.
Müsabiqədə həm Azərbaycan həm də xarici vətəndaşlar iştirak edə bilərlər. Müsabiqədə rəssamlar, yazıçılar, fotoqraflar, toxucular, uyğun ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri iştirak edə bilərlər.
Materiallar individual və ya qrup şəklində təqdim oluna bilər.
Müsabiqədə iştirak pulsuzdur.

Son tarixlər:
1-ci kateqoriya: 25 fevral , 2016-cı il
2-ci kateqoriya: 10 mart, 2016-cı il
3-cü kateqoriya: 30 aprel,2016-cı il


Üçüncü kateqoriyada iştirak edən iştirakçılar yaradıcılıq nümunələrini Bakı Limanına aşağıdakı ünvanda təqdim edə bilərlər: Üzeyir Hacıbəyov küç.72
Bakı, Azərbaycan

Digər iştirakçılar yaradıcılıq məhsullarını elektron poçt vasitəsilə aşağıdakı ünvana göndərməlidirlər: [email protected]

Qeyd : Bütün təqdim olunmuş materialların orijinallığı yoxlanılacaq. Plagiat olan materiallar və iştirakçılar müsabiqədən uzaqlaşdırılacaqlar.

Əlavə məlumat üçün: Üzeyir Hacıbəyov küç.72 Bakı, Azərbaycan
+994 12 480 40 06

[email protected]


Teqlər:



Xəbər lenti