Daha bir yol açıldı
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 sm qalınlığında yeni yol əsası tikilib. Daha sonra ikiqat və 10 sm qalınlığında olmaqla təqribən 8 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Kompleks şəkildə “Azəryolservis” tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1 300 poqonmetr yeni səki daşı düzülüb.







Vaxtında, Aydın, Lazımlı!


